Sərdar Cəlaloğlu: “İlqar Məmmədovu böyük bir siyasətçi filan hesab etmirəm”

Sərdar Cəlaloğlu: “İlqar Məmmədovu böyük bir siyasətçi filan hesab etmirəm”

Hazırda oxunan: Sərdar Cəlaloğlu: “İlqar Məmmədovu böyük bir siyasətçi filan hesab etmirəm”

7807

''Prezidentin müxalifət liderlərinin təkliflərini nəzərə alması ölkə başçısının yüksək keyfiyyətlərindən, onun demokratikliyindən xəbər verir. Onsuz da, hökumət dəfələrlə bəyan edib ki, biz müxalifətin pozitiv, konstruktiv təkliflərini nəzərə alırıq''.

''Əgər bu, belədirsə, bunun özü iqtidar tərəfindən müxalifətin təkliflərinin nəzərə alınmasına sübutdur. Amma prezident bu addımı atandan sonra kimlərinsə  “bunu daha əvvəl biz demişdik” söyləməsi siyasi etikaya uyğun deyil''.

Bu sözləri Bizim.Media-ya açıqlamasında deyən, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ReAL partiyasının lideri İlqar Məmmədovun “Facebook” paylaşımını “özünü reklam” kimi dəyərləndirdi. 
 

MÖVZU İLƏ BAĞLI:

"Rasim Musabəyov Rusiyanın tör-töküntüsüdür, babası da eyni qələti edirdi" - Sərdar Cəlaloğlu


''Bizim özümüzün də bir çox təkliflərimiz haqqında İlham Əliyev demişdi ki,  müxalifət bəzi ideyalar verib və biz onları nəzərə alacağıq. Həqiqətən də, həmin təkliflərin əksəriyyəti nəzərə alındı. Amma mən heç vaxt deməmişəm ki, filan məsələni mən dedim, Prezident elədi. Çünki bizim təkliflərimizin nəzərə alınması kifayət edir''.

''Axı, bu təkliflər xalqa xidmət edir, verdiyimiz təkliflər reklam üçün deyil. Hansısa partiya liderinin belə mövqe sərgiləməsi hökumətin də gələcəkdə müxalifət təkliflərini nəzərə almasına mane olacaq bir məsələdir”.

Partiya sədrinin fikrincə, belə mövzularda siyasi eqoizmə ehtiyac yoxdur, çünki Azərbaycan hökuməti müxalifətin təkliflərini nəzərə alacağını dəfələrlə bəyan edib: 

“Bu baxımdan “biz dedik, hökumət elədi, yanlış yanaşmadır”. Çünki sən hakimiyyəti zorla məcbur etmirsən ki, nəyisə tətbiq etsin. Mahatma Qandinin bir yaxşı sözü var: ən kiçik nailiyyətləri belə yüksək qiymətləndirmək lazımdır. Çünki bir nailiyyət insanı yeni-yeni uğurlara aparır. Bu o deməkdir ki, əgər hansısa nailiyyəti lağa qoysanız, uğursuzluq sindromu yaranacaq. Hakimiyyətin müsbət addımları varsa, bunun ilk təbliğatçısı müxalifət olmalıdır. Çünki hakimiyyətə gələnədək müxalifətin əsas vəzifəsi hökumətin effektiv idarəetməsinə təsir etməkdir.”

Sərdar Cəlaloğlu bu fəaliyyətin iqtidara da stimul verdiyini dilə gətirdi. Bu baxımdan müxalifət iqtidarı yalnız qara rəngdə görməməlidir. 

“İqtidarın addımlarını pisləmək sosial nəzəriyyələrə uyğun deyil” deyən partiya lideri əlavə etdi ki, belə məqamlar cəmiyyətdə inkişafın qarşısını alır.

“Mən İlqar Məmmədovu böyük bir siyasətçi filan hesab etmirəm. Heç onun fikirləri də cəmiyyətdə xüsusi gücə malik deyil. 

Başqa bir məsələ - torpaqlarımızı işğaldan azad etmişik, əgər kimlərsə deyir ki, hansısa rayonlar hələ də işğaldadır və bu məsələni xalq arasında qabardırlarsa, bu səhv addımdır. Belə fəaliyyətlər ermənilərin özünə əminliyini artırmağa xidmət edir.

Siyasətçilirimizin əksəriyyəti sosiologiya, politologiya və dünya təcrübəsindən xəbərsizdir deyə özlərinin subyektiv fikirləri ilə yanlış mövqe sərgiləyirlər.”

Belə postlarla bəzi partiya liderlərinin ictimaiyyəti çaşdırdığını söyləyən S. Cəlaloğlu vurğuladı ki, onlar ölkədə siyasi inkişafın qarşısını alırlar. 

Partiya liderinin sözlərinə görə, milli həmrəyliyi sarsıtmaq olmaz, çünki müharibə hər an alovlana, daha irimiqyaslı ola bilər. 

Anar Rəhimov, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO