Azərbaycanın böyük dostu Tomas Qoltz əlil arabasına məhkum oldu - ÖZÜNDƏN AÇIQLAMA

Azərbaycanın böyük dostu Tomas Qoltz əlil arabasına məhkum oldu - ÖZÜNDƏN AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanın böyük dostu Tomas Qoltz əlil arabasına məhkum oldu - ÖZÜNDƏN AÇIQLAMA

78055

1990-cı illərdə Azərbaycan həqiqətlərini dünyaya çatdıran Amerikalı jurnalist Tomas Qoltz əməliyyatdan sonra ayağa qalxa bilməyib.

Hazırda əlil arabasında hərəkət edən jurnalist səhhətində yaranmış problemlərlə bağlı Bizim.Media-nın əməkdaşına özəl açıqlama verib.

Məşhur jurnalist bildirib ki, dəri xərçəngi növləri arasında ən ciddisi olan melanoma xərçəngindən əməliyyat olunub:

“Təxminən bir həftə əvvəl əla cərrah tərəfindən keçirilən əməliyyatda uzun müddətdir ki, əziyyət çəkdiyim melanoma xərçəngindən azad oldum. 
 

MÖVZU İLƏ BAĞLI:

Tomas Qoltzdan Bizim.Media üçün ÖZƏL: “Mən risk etdim yaşadım, o isə öldü”


Görünür, bəzi melanoma hüceyrələri hələ də bədənimdə dövr edir, ona görə də potensial xərçəng hüceyrələrinin şişə çevrilməmişdən əvvəl məhv edildiyinə əmin olmaq üçün növbəti il ​​üçün altı həftədən bir müalicə olunacağam”.

Həmçinin əlil arabasına məhkum olan jurnalist bildirib ki, uzun müddətdir həyatını bağladığı Azərbaycana məlum səbəblərdən səfər edə bilmir:

“Ayaqlarımdakı problem indi məni hər şeydən çox narahat etməyə başlayıb. “Diyabetik neyropatiya” səbəbindən ayaqlarımdakı tarazlığı təmin edə bilmirəm və buna görə də, əlil arabasına məhkum olmuşam. Bu vəziyyət yazı yazmağa səbəb olan sağ çiynimdən sağ əlimə uzanan sinirləri qıcıqlandıraraq əllərimin hərəkətini  ağırlaşdırıb. Qələmlə və kompüter klaviaturası ilə işləmək indi mənim üçün çox çətindir”. 

Təcrübəli jurnalist bütün bunlara rəğmən həyata pozitiv əhval ilə  davam etdiyini söyləyib:

“Mayın 26-da mənim həkimimin ondan bir həftə əvvəl çəkilmiş PET müayinəsini öyrəndikdən sonra təmiz olduğumu bildirməsi ilə həyatımda yeni və daha müsbət bir fəsil başlatdı. Güclü leysan yağışlarından sonra Montanaya bahar gəldi”.

Qeyd edək ki, əsasən müharibə jurnalisti kimi tanınan Tomas Qoltz 1990-cı ildə təsadüfən Azərbaycana düşdükdən sonra Azərbaycan reallıqlarını dünyaya çatdırıb. Müəllifin Azərbaycanda yaşadıqları ilə bağlı “Azərbaycan Gündəliyi” adlı kitabı işıq üzü görüb.
Dəfələrlə Ulu Öndər Heydər Əliyev tərəfindən qəbul edilən  Tomaz Qoltz birinci Qarabağ müharibəsində Azərbaycan həqiqətlərini dünyaya çatdırdığı üçün Ermənistanda arzu olunmayan şəxslər siyahısına salınaraq girişinə qadağa qoyulub. Özünün də qürurla qeyd etdiyi kimi, dünyanın bir çox ölkələrində və o cümlədən yaşadığı Amerikada, onu Azərbaycanın və Heydər Əliyevin dostu kimi tanıyırlar. 

Bizim.Media olaraq biz də öz növbəmizdə Azərbaycanın xeyirxahına, böyük jurnalistə Allahdan tez sağalmasını təvəqqe edirik. Keçmiş olsun, MİSTER!

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO