Ötən gün 81 yanğın olub, 6 nəfər xilas edilib - VİDEO 

Ötən gün 81 yanğın olub, 6 nəfər xilas edilib - VİDEO 

Hazırda oxunan: Ötən gün 81 yanğın olub, 6 nəfər xilas edilib - VİDEO 

78047

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 81 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər, o cümlədən “Şüvəlan” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.
Həmçinin, Bakı şəhərinin Yasamal rayonunda 1974-cü il təvəllüdlü Əliyeva Səbinə Hüseyn qızının meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO