“Şərq Bazarı”ndan reportaj - 300 yeni iş yeri imkanı - VİDEO

“Şərq Bazarı”ndan reportaj - 300 yeni iş yeri imkanı - VİDEO

Hazırda oxunan: “Şərq Bazarı”ndan reportaj - 300 yeni iş yeri imkanı - VİDEO

77927

Xəbər verdiyimiz kimi, Bakıda “Şərq Bazarı” kompleksi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar.

Bizim.Media xəbər verir ki, AzTV açılışla bağlı reportaj hazırlayıb. 

Telekanal xatırladıb ki, “Şərq Bazarı”nın ilkin layihələndirilməsi 1980-ci illərin məşhur memarları Uruzmaq Revazov, Pavel Yarinovski və Anatoliy Bessonov tərəfindən icra olunub. Kompleks 3-ü böyük, 13-ü kiçik olmaqla 16 gümbəzdən ibarətdir:
“Layihələndirilməsinə 1978-ci ildən başlanılmış kompleksin tikintisinə 1980-ci ildə start verilib və 1982-ci ildə bazarın rəsmi açılışı olub. İlkin olaraq kompleks bazar kimi fəaliyyət göstərib.

“Şərq Bazarı” ötən əsrin 80-ci illərindən paytaxt sakinləri üçün doğma məkana çevrilib. Yenidən qurulan “Şərq Bazarı” kompleksi şəhərimizin gözəlliyinə gözəllik qatıb”.

Vurğulanıb ki, istifadəyə verilən bazarda 78 icarədar fəaliyyət göstərəcək. Bu isə 300 yeni iş yerinin yaranması deməkdir.

Bizim.Media həmin reportajı sizə təqdim edir:
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO