Bu Komitə jurnalistlər arasında yazı müsabiqəsi elan etdi – ŞƏRTLƏR

Bu Komitə jurnalistlər arasında yazı müsabiqəsi elan etdi – ŞƏRTLƏR

Hazırda oxunan: Bu Komitə jurnalistlər arasında yazı müsabiqəsi elan etdi – ŞƏRTLƏR

77923

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media” mövzusunda yazı müsabiqəsi elan edir.

Bizim.Media xəbər verir ki, müsabiqə üçün yazılar həm şəxsən, həm də elektron poçt vasitəsilə iyunun 7-dən iyulun 7-nə qədər həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Əhməd Cavad küçəsi 16 ünvanında qəbul ediləcək.

I. Mükafatlandırma: 

I yer - 1nəfər - 600 manat

II yer - 2 nəfər - 500 manat

III yer - 3 nəfər - 300 manat

Həvəsləndirici mükafat - 6 nəfər - 150 manat

II. Müsabiqə şərtləri:

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

Mövzunu dolğun əhatə etmə səviyyəsi; 

Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

İfadə vasitələrinin zənginliyi;

Maarifləndiricilik xüsusiyyəti;

Oxucu üçün informasiyalılıq dərəcəsi;

Müsabiqəyə 07 iyun 2022-ci il tarixindən 07 iyul 2022-ci il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq;

Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO