“Qarabağda baş verən bu kimi hərbi və qeyri-hərbi təxribatları törədənlər bilavasitə Paşinyana müxalifətdə olan “Qarabağ klanı”dır”.
Bunu Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri ermənilərin Şuşa yaxınlığında Azərbaycanın yük karvanının yolunu kəsməsinin arxasında hansı müəlliflərin dayandığına aydınlıq gətirərkən deyib:
“Ermənisanda Paşinyan baş nazir olsa da, “Qarabağ klanı”nın təsir imkanları daha çoxdur. Digər tərəfdən, Qarabağdakı separatçı rejimin hərbi tör-tüküntülərinin əksəriyyəti də bilavasitə “Qarabağ klanı” və Rusiya əks-hərbi kəşfiyyat idarəsinin nəzarətində olan zabitlərdir. Ona görə də bu cür təxribatları törətmək “Qarabağ klanı” üçün o qədər də böyük problem yaratmır”.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Şuşa yaxınlığında Azərbaycanın yük avtomobilinin yolunu kəsdilər - VİDEO
Politoloq qeyd edir ki, bu cür təxribatların mümkünlüyü əslində sülhməramlıların ona göz yummasından qaynaqlanır:
“Bu təxribatların mümkün olması üçün ona göz yummaq lazımdır. Qarabağda rus sülhməramlıların 29 hərbi postu var. Onların səlahiyyət dairəsinə atəşkəsin təmin olunması və bu cür təxribatların qarşısını almaq aiddir. Amma maraqlıdır ki, sülhməramlılar bu iki məsələdən başqa nə ilə desən məşğuldur.
Həmsöhbətimiz bildirir ki, Laçın dəhlizi bağlanmayınca belə təxribatlar davam edəcək.
Rüfət Sultan, Bizim.Media