Qardaşının vəsiqəsi ilə postu keçmək istəyən şəxs həbs edildi - FOTO

Qardaşının vəsiqəsi ilə postu keçmək istəyən şəxs həbs edildi - FOTO

Hazırda oxunan: Qardaşının vəsiqəsi ilə postu keçmək istəyən şəxs həbs edildi - FOTO

7788

Qubada karantin qaydalarını pozaraq qardaşının şəxsiyyət vəsiqəsi ilə postdan keçmək istəyən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar xidməti ərazidə qurulmuş müvəqqəti stasionar postda xidmət aparan zaman Qusar rayonu istiqamətində hərəkət edən Quba rayon sakini Rəşad Talıbovu idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsi ilə birlikdə saxlayıblar.

Şöbə əməkdaşları sürücünün hərəkətə icazə verən xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman isə sürücü Rəşad Talıbov rayon ərazisində, eləcə də digər rayonlara sərbəst getmək üçün icazə.gov.az portalından qeydiyyatdan keçən və hərəkətinə icazə verilən qardaşı Ramil Talıbova məxsus şəxsiyyət vəsiqəsindən istifadə etdiyini müəyyən ediblər.

Onun törətdiyi qanuna zidd hərəkətin qarşısı dərhal alınıb və qanunvericiliyə uyğun olaraq RPŞ-nə gətirilib.

Faktla bağlı Rəşad Talıbov barəsində Quba RPŞ-də toplanmış materiallara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarına əsasən həmin şəxs inzibati qaydada 10 sutka həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO