Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışına və istifadəsinə görə əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Ceyhun Məmmədov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan 4 bükümdə heroin aşkar edilərək götürülüb.
O, dindirilmə zamanı narkotiklərin istifadəsi və satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və C.Məmmədov DİN-in Müvəqqəti Saxlama Yerinə yerləşdirilib.
Lakin C.Məmmədovun uzun müddətdir vərəm və hepatit xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edildiyindən o, xəstəxanaya yerləşdirilib, həkimlərin səyinə baxmayaraq orada vəfat edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:40 / 05.06.2022
Narkotikə görə saxlanılan şəxs xəstəxanada vəfat etdi - SƏBƏB
Hazırda oxunan: Narkotikə görə saxlanılan şəxs xəstəxanada vəfat etdi - SƏBƏB
Hazırda oxunan: Narkotikə görə saxlanılan şəxs xəstəxanada vəfat etdi - SƏBƏB
77795
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.