Neftçalada mağazadan 15 minlik NİSYƏ DƏFTƏRİ OĞURLANDI

Neftçalada mağazadan 15 minlik NİSYƏ DƏFTƏRİ OĞURLANDI

Hazırda oxunan: Neftçalada mağazadan 15 minlik NİSYƏ DƏFTƏRİ OĞURLANDI

77728

Neftçalada film kimi oğurluq hadisəsi olub.

Bizim.Media-nın Cənub bürosunun verdiyi məlumata görə, rayonun Xolqarabucaq kənd sakini Arif Ağayevə məxsus mağazada oğurluq hadisəsi baş verib.

Oğrular gecə saatlarında mağazanın damını sökərək içəri daxil olublar. Mağazanı qarət edən şəxslər 1200 manat dəyərində müxtəlif ərazaq malları götürüblər.

Amma qəribə olan odur ki, onlar gedəndə mağazanın ümumi sayı 5 olan borc dəftərlərini də özləriylə götürüblər.

Arif Ağayev deyib ki, nisyə verdiyi malların siyahısını bu dəftərlərə yazıb. İkisi masanın üstündə olsa da, üçüncünü piştaxtada təzə dəftərlərin arasında gizlədib.

Çağırılmamış “qonaqlar“ bütün borc dəftərlərini əlləri ilə qoymuş kimi götürüblər. Onun sözlərinə görə, siyahıda təqribən 60-a yaxın sakinin adı olub. Ümumilikdə isə borc dəftərlərində 15000 manata yaxın borc olub.

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media - Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO