Şüvəlanda təmizlik aksiyası keçirildi - FOTO

Şüvəlanda təmizlik aksiyası keçirildi - FOTO

Hazırda oxunan: Şüvəlanda təmizlik aksiyası keçirildi - FOTO

77708

5 İyun - Ümumdünya Ətraf Mühit Günü və BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş növbəti ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilib.

Bizim.Media xəbər verir ki, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu, “Təmiz Şəhər” ASC və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Şüvəlan çimərliyində reallaşan təmizlik aksiyasının əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

"Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində gənclərin kütləvi iştirakı ilə baş tutan sayca 17-ci aksiyadır.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çimərlikdən tullantıları toplayıb və çeşidləyiblər. Daha sonra gənclər təmizlənmiş ərazidə musiqi sədaları altında əylənib, futbol, voleybol, badminton və digər oyunlarda özlərini sınayıblar.

Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika cəlb olunub və bütün tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO