Murad Arifin bağına girən ayı balasını polislər belə götürdü - FOTO 

Murad Arifin bağına girən ayı balasını polislər belə götürdü - FOTO 

Hazırda oxunan: Murad Arifin bağına girən ayı balasını polislər belə götürdü - FOTO 

77690

Bu gün Abşeron rayonu Saray qəsəbəsində yaşayan bir vətəndaş Daxili İşlər Nazirliyinin (DİN) "102" Xidməti Zəng Mərkəzinə müraciət edərək evinin həyətinə ayı balasının girdiyi barədə məlumat verib.

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, dərhal Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları deyilən ünvana yollanıb. Ayı balası polislər tərəfindən təhlükəsizlik tədbirləri görülməklə götürülüb və daha sonra aidiyyəti üzrə müvafiq dövlət orqanına təhvil verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Murad Arifin bağına ayı girdi - VİDEO 


Qeyd edək ki, bəstəkar-müğənni Murad Arif sosial şəbəkə hesabında paylaşım edərək Bakıdakı bağ evinin həyətinə ayı balası girdiyini bildirmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO