Milli Müdafiə Universitetinin kursantları təltif olundu - FOTO 

Milli Müdafiə Universitetinin kursantları təltif olundu - FOTO 

Hazırda oxunan: Milli Müdafiə Universitetinin kursantları təltif olundu - FOTO 

77682

Bakıda keçirilən “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalında "Pilotsuz Uçuş Aparatları" müsabiqəsinin "B" kateqoriyası üzrə 3-cü yerə layiq görülən Heydər Əliyev adına Hərbi İnstitutun kursantları Milli Müdafiə Universitetində təltif olunublar. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Kursantlarla görüşərək onları təbrik edən Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev onlara gələcək xidmətlərində uğurlar arzulayıb, nailiyyətlərini davam etdirmələri istiqamətində öz tövsiyələrini verib və komandanın bütün üzvlərini mükafatlandırıb. 
Qeyd edək ki, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Hava Qüvvələri fakültəsinin kursantları Davud Hüseynəliyev, Nihad Əşrəfov, Nicat Məcidov və Ruslan Sultanov 15 kilometr radiusda hərəkət etmək qabiliyyətinə malik, təminat tapşırıqları təyinatlı "Xilaskar" pilotsuz uçuş aparatını hazırlayaraq festival çərçivəsində keçirilən müsabiqəyə təqdim ediblər.

Nəticə etibarilə "Pilotsuz Uçuş Aparatları" müsabiqəsinin "B" kateqoriyası üzrə 3-cü yerə layiq görülərək medal, sertifikat, kubok və pul mükafatı ilə təltif ediliblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO