Prezident İlham Əliyevin mayın 27-də Zəngilan rayonunda çıxışı zamanı iqtisadiyyatımızın mövcud müsbət nəticələrini nəzərə alaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı Hökumətə verdiyi tapşırıqdan irəli gələrək İqtisadi Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən Bizim.Media-ya verilən xəbərə görə, iclasda cari ilin ötən dövrü üzrə iqtisadi vəziyyət, ortamüddətli sosial-iqtisadi proqnoz göstəriciləri, büdcə gəlirlərinin nəzərdə tutulandan daha çox icra olunması, 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) və digər cari məsələlər geniş müzakirə olunub.
İclasda İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Maliyyə naziri Samir Şərifovun, eləcə də Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib.
2022-ci ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq baxılması üçün Prezidentə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:52 / 04.06.2022
2022-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq
Hazırda oxunan: 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq
Hazırda oxunan: 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq
77661
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.