Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə gender bərabərliyi və ayrı-seçkilik mövzularında media nümayəndələrinin peşəkarlığının artırılması məqsədi ilə onlar üçün “Mediada gender bərabərliyi və peşəkarlıq” adlı 2 günlük təlim keçirilib.
Bizim.Media xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında geniş məlumat verib, həmçinin bu cür seminarların davam etdirilməsinin vacibliyini vurğulayıb.
MÖVZU İLƏ BAĞLI:
Media nümayəndələri üçün daha bir təlim keçirilir - FOTO
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə mediada gender məsələləri ilə bağlı jurnalistlərin ixtisaslaşmasının müvafiq mövzunun ətraflı işlənməsi və peşəkar səviyyədə cəmiyyətə təqdim edilməsi baxımından əhəmiyyətini qeyd edib.
Bizim.Media