Yaxınları intihar edən qazimizdən danışdı: “Vüsal yaddaşını itirmişdi, müharibəni belə xatırlamırdı

Yaxınları intihar edən qazimizdən danışdı: “Vüsal yaddaşını itirmişdi, müharibəni belə xatırlamırdı

Hazırda oxunan: Yaxınları intihar edən qazimizdən danışdı: “Vüsal yaddaşını itirmişdi, müharibəni belə xatırlamırdı

7759

“Vüsal heç nəyi xatırlamırdı, hər gecə “vurun” deyə qışqırırdı. Psixologiyası pozulmuşdu” 

Bizim.Media xəbər verir ki, bunu ötən gün Mərkəzi Hərbi Klinik Hospitalda intihar edən qazi Vüsal Musayevin qaynı İlham Abbasov deyib.

Onun sözlərinə görə, Vüsal müharibədə ağır kəllə-beyin travması aldıqdan sonra heç nəyi xatırlamırdı. 

“Vüsal 1985-ci ildə Kəlbəcərin Zəylik kəndində anadan olub. 8 yaşı olanda qaçqın düşmüşdülər, taleyinə Murovu piyada aşmaq yazılmışdı. Goranboyun Börü kəndində məskunlaşmışdılar. Hərbi xidmətini Ağdamda ön xətdə çəkmişdi. Hərbçi olmaq istəyirdi, ancaq atası icazə vermədi, onu fermer təsərrüfatına cəlb etdi.

Vüsalın ürəyi isə ordunun, Vətənin yanında idi.

Ermənilərdən qisas almaq ruhuna köklənmişdi. 2016-cı ilin Aprel döyüşləri zamanı gedib könülü yazılsa da, müharibəyə aparmadılar. Tovuz döyüşləri zamanı generalmız Polad Həşimov şəhid olanda artıq Vüsal heç kəsi eşitmədi. Gedib MAXE kimi xidmətə yazıldı. Özünün şəxsi təsərrüfatı, yük avtomobili var idi, heç nəyə ehtiyacı yox idi. Evli idi, iki övlad yadigar qalıb.

Kursu bitirdiyi ay Vətən müharibəsi başladı. Vüsal həmlə taborunda xidmət edirdi.

Goranboyun Gülüstan kəndində şiddətli döyüşlərdə iştirak etmişdi. Hətta 12 saat mühasirədə qalmışdı. Vüsalgil erməni mövqelərinə atəş açmışdılar. Düşmən cavab verməmişdi. Bizim əsgərlər elə bilmişdi ki, düşmənin mövqeyi artıq boş qalıb. Həmin mövqeyə yaxınlaşanda ermənilər artilleriya silahlarından onları atəşə tutmuşdular. Xoşbəxtlikdən Vüsal yüngül yaralanmışdı. 

Sonuncu döyüşü sentyabrın 30-da Talış kəndi istiqamətində baş verib.

Yaxınlığa düşən minaatan mərmisi Vüsalı maşına cırpıb. Aldığı zərbədən sonra yaddaşını itirdi. Vüsal heç nəyi, müharibədə iştirak etməsini, komandirinin kim olmasını belə xatırlamırdı. Sadəcə deyirdi ki, mən döyüş yoldaşlarımı qoyub gəlmişəm. Gecələr yatmırdı, özünə qapanmışdı. Ancaq uşaqlarını tanıyırdı, yoldaşının adını bilirdi. Amma tam yada sala bilmirdi.

Yaralananda Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olundu. Daha sonra Vüsalı 15 günlük məzuniyyətə buraxdılar.

Psixoloji durumu yerində deyildi, yaddaşı pozulmuşdu. Gecələr “vurun” deyə qışqırırdı. Hətta evdə olduğu vaxtda intihara cəhd etmişdi. 22 ağrıkəsici dərmanı birdəfəyə içmişdi. 

Dekabrın 7-də 15 günlük məzuniyyəti bitdikdən sonra Vüsalı yenidən hospitala qaytardıq. Orada psixoloji durumunun yerində olmadığını bildirdik.

Psixiatriya şöbəsində qaldı. Həkim polkovnik Rəşidə vəziyyətini izah etmişdik. Dünən isə intihar xəbərini eşitdik. Əvvəllər heç bir pozuntusu, narahatlığı olmayan adam idi. Həkim komissiyasından yeni keçib ordu sıralarına qatılmışdı”. (azvision) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO