Üzeyir Cəfərov və Elxan Şükürlü verilişdən sonra dava ediblər? – VİDEO

Üzeyir Cəfərov və Elxan Şükürlü verilişdən sonra dava ediblər? – VİDEO

Hazırda oxunan: Üzeyir Cəfərov və Elxan Şükürlü verilişdən sonra dava ediblər? – VİDEO

77567

Xəbər verdiyimiz kimi, Müsavat TV-nin efirində növbəti qalmaqal yaşanıb. 

Bizim.Media xəbər verir ki, "Canlı debat" verilişində hərbi ekspert Üzeyir Cəfərovla politoloq Elxan Şükürlü arasında mübahisə yaranıb.

Efirin qonaqları getdikcə qızışaraq mübahisəni təhqirlə davam etdiriblər. Verilişin moderatoru Sevinc Telmanqızı isə artan təhqirlər fonunda efiri yarıda kəsmək məcburiyyətində qalıb.

Sosial şəbəkələrdə geniş müzakirə olunan olayla bağlı müxtəlif iddialar ortaya atılıb. Belə ki, efirin dayandırılmasından sonra qonaqlar arasında mübahisənin daha da böyüdüyü iddiaları səsləndirilib.
 

MÖVZU İLƏ BAĞLI:

"Rusun tulası, ağzını cıraram" - Müsavatın canlı efirində dava - VİDEO


Sözügedən iddiaları cavablandıran verilişin aparıcısı Sevinc Telmanqızı efirin dayandırılmasından sonra baş verən hadisələri Bizim.Media ilə bölüşüb:

“Efirdən sonra hər hansı mübahisə olmadı. Studiyada mübahisə bitdi və tərəflər sakit şəkildə redaksiyanı tərk etdilər. Sadəcə olaraq, tərəflər narazılıqlarını ifadə etdilər ki, bu cür ritorika ilə debat baş tutub. Məsələnin daha da böyüdüyü ilə bağlı iddialar həqiqəti əks etdirmir”.

Murad Əhmədov, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO