“BakuBus” MMC-nin direktorunu nə əsəbiləşdirdi? – “Müdir MƏŞĞULDUR” 

“BakuBus” MMC-nin direktorunu nə əsəbiləşdirdi? – “Müdir MƏŞĞULDUR” 

Hazırda oxunan: “BakuBus” MMC-nin direktorunu nə əsəbiləşdirdi? – “Müdir MƏŞĞULDUR” 

77536

İyun ayının 1-dən etibarən paytaxtdakı avtobuslarda kondisionerlər işə düşməliydi. Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat da yaymışdı.

Lakin əksər marşurutlar BNA-nın bu göstərişinə əməl etməkdən yayınırlar. Redaksiyamıza daxil olan şikayətdə də bildirilir ki, son 3 gündə hərarətin kəskin qalxmasına baxmayaraq, avtobuslarda kondisioner işləmir. 

Hövsan qəsəbəsindən bir oxucumuz bizə yazıb ki, 28 metrostansiyasından Hövsan qəsəbəsinə gedən 175 saylı marşrut avtobuslarında kondisionerlər işləmir. İnsanlar ancaq pəncərəni açmaqla təsəlli tapırlar. Sürcülərsə məsələ ilə bağlı ağılabatan izah verə bilmirlər.  

Bundan əlavə paytaxtda “Bakbus”a aid olan 11 və 21 saylı marşrutlarda olan avtobuslarda da kondisionerlərin işləmədiyi haqqında redaksiyamıza şikayətlər daxil olub.

Bizim.Media məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayevlə müraciət edib. Mətbuat söxçüsü sualımıza cavab olaraq bildirdi ki, “BNA tənzimləyici orqandır.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda bu marşrut üzrə gediş haqqı azaldıldı


Paytaxtda işləyən avtobuslar ayrı-ayrı şirkətlərə məxsusdur. Biz də onlara tövsiyyə etmişik ki, iyunun 1-dən avtobuslarda kondisionerləri qoşsunlar. Təəssüf ki, bu sahədə müəyyən nöqsanlar var. Biz də çalışırıq ki, bu nöqsanlar aradan qaldırılsın”.

Məsələ ilə bağlı “BakBus” MMC-nin sədri Elnur Qarayevlə əlaqə saxladıq. Problemi onun diqqətinə çatdırdıq. Elnur müəlliminsə bizə cavabı çox qəribə oldu.

“Məsələ ilə bağlı mənə niyə zəng eləmisiniz ki? Mətbuatla işləyən işçimizə zəng eləyin. Mən direktoram” - deyib dəstəyi asdı.

Aktuallığını nəzərə alaraq məsələni diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO