Şirvanda elektrik cərəyanı vuran gənc həyatını itirdi

Şirvanda elektrik cərəyanı vuran gənc həyatını itirdi

Hazırda oxunan: Şirvanda elektrik cərəyanı vuran gənc həyatını itirdi

77512

21 may 2022-ci il tarixdə, saat 07 radələrində Şirvan şəhər sakini 2004-cü il təvəllüdlü Əli Ələkbərovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Şirvan şəhər prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Əli Ələkbərov yağışlı hava şəraitində yaşadığı Şirvan şəhəri, N.Tusi küçəsində hərəkətdə olarkən transformatora yaxın dəmir dayağın söykənəcəyindən tutan zaman elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb. 

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda iş üzrə istintaq davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO