Azərbaycan millisi Almaniyaya rəqib oldu

Azərbaycan millisi Almaniyaya rəqib oldu

Hazırda oxunan: Azərbaycan millisi Almaniyaya rəqib oldu

7751

Bu gün 2018-cı ildə Rusiyada keçiriləcək dünya çempionatının püşkatma mərasimi keçiriləcək. 

Sfera.azQafqazinfo”-ya istinadən xəbər verir ki, püşkatma Sankt-Peterburq şəhərindəki Konstantinovski sarayında baş tutacaq.

Konstantinovski sarayında baş tutacaq mərasimdə 5 konfederasiya üzrə püşk atılacaq. Artıq yarışa start verən Asiya təmsilçiləri istisna təşkil edəcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq püşkatmaya dünyanın 141 ölkəsi qatılacaq. Bunların 52-si Avropa təmsilçiləridi. Sözügedən yığmalar 9 qrupa böləcək və bunların 7-də 6, 2-də 5 komanda olacaq.

Qeyd edək ki, qrup qalibləri birbaşa mundiala yüksələcək. İkinci yerlərin təşkil etdiyi 4 cütlük pley-offda oynayacaq. Ən pis göstəriciyə malik 2-ci yer isə final mərhələsinə adlaya bilməyəcək.

 A qrupu 

Lüksemburq, Belarus, Bolqarıstan, Hollandiya, Fransa, İsveç   

B qrupu 

Andorra, Latvia, Farer Adaları, Portuqaliya, İsveçrə, Macarıstan   

C qrupu 

San Marino, Azərbaycan, Norveç, Şimali İrlandiya, Çexiya, Almaniya   

D qrupu 

Gürcüstan, Moldova, İrlandiya, Uels, Avstriya, Serbiya   

E qrupu 

Qazaxıstan, Ermənistan, Çernoqoriya, Rumıniya, Danimarka, Polşa   

F qrupu 

Malta, Litva, Sloveniya, İngiltərə, Slovakiya, Şotlandiya   

G qrupu 

Lixteynşteyn, Makedoniya, İsrail, İspaniya, İtaliya, Albaniya   

H qrupu 

Kipr, Estoniya, Belçika, Bosniya və Hersoqovina, Yunanıstan   

İ qrupu 

Finlandiya, Türkiyə, Xorvatiya, İslandiya, Ukrayna.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO