Uşaqların döyüldüyü sığınacağın sahibi Zülfü Qasımovun qızı imiş...

Uşaqların döyüldüyü sığınacağın sahibi Zülfü Qasımovun qızı imiş...

Hazırda oxunan: Uşaqların döyüldüyü sığınacağın sahibi Zülfü Qasımovun qızı imiş...

77479

Bakıda uşaqlara aylarla əzab verilən sığınacağın rəhbəri ilə bağlı yeni məlumatlar üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, “Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımova Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımovun qızıdır.  
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət Komitəsindən sığınacaqda uşaqlara xəsarət yetirilməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB


Zülfü Qasımov hazırda Ağdam YAP təşkilatında Aparat rəhbəri kimi fəaliyyət göstərir. “Qafqazinfo”nun məlumatına görə, sığınacağın rəhbəri Könül Qasımova eyni zamanda, sosial şəbəkələrdə bloqer kimi tanınan, daha çox bloqer Aysel Şükürova ilə birgə videolar çəkən Raul İsgəndərlinin anasıdır. 

Qeyd edək ki, sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılmış C.M-nın (şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib.  

O cümlədən, sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədənləri üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkar edilib. 

Fakta görə cinayət işi başlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO