Media nümayəndələri üçün daha bir təlim keçirilir - FOTO

Media nümayəndələri üçün daha bir təlim keçirilir - FOTO

Hazırda oxunan: Media nümayəndələri üçün daha bir təlim keçirilir - FOTO

77416

Bakıda “Mediada gender bərabərliyi və peşəkarlıq” adlı ikigünlük təlim keçirilir.

Bizim.Media xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə keçirilən təlimin məqsədi jurnalistlərin bu sahədə məlumatlılığının artırılmasıdır.

Dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli təlimi haqqında məlumat veriblər.

Təlimin ilk günündə media nümayələrinə gender haqqında ilkin məlumatlar və bu sahədə araşdırma yazılarının əhəmiyyətliliyi vurğulanıb. 

Daha sonra təlimə Türkiyənin “Kadının Statüsü Genel Müdürlüğü”nün eksperti Vesile Kılıç telekörpü vasitəsilə qoşularaq ölkələrindəki gender problemi və həlli istiqamətində atılan addımlar haqqında məlumatlar bölüşüb.
Həmçinin təlimin ikinci günündə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov, MEDİA-nın nümayəndəsi Pərvanə İbrahimova, media eksperti Aynur Bəşirli, hüquq müdafiəçisi, Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev və başqaları müxtəlif mövzularda çıxış edərək öz fikirlərini bildirəcəklər.

Təlimin sonunda iştirakçılara sertifikatlar veriləcək.

Səkinə Yusibli, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO