“Bakı-Quba yolunda milyonlar heç nə olmamış kimi dağıdılır...” - FOTO

“Bakı-Quba yolunda milyonlar heç nə olmamış kimi dağıdılır...” - FOTO

Hazırda oxunan: “Bakı-Quba yolunda milyonlar heç nə olmamış kimi dağıdılır...” - FOTO

77365

“Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidən qurulması” layihəsində Azərbaycan tərəfinin payı (182 km hissə) maliyyələşdirillməsinə 2005-2010-cu illərdə 625,7 milyon manat xərclənib”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Samir Əliyev özünün Facebook hesabında yazıb.

Onun sözlərinə görə, tikintisinə milyonlarla manat vəsait xərclənən yol cəmi bir neçə ilə dağılaraq sıradan çıxıb:

“Bundan başqa, 15 milyon manatdan çox vəsait isə həmin yolla bağlı digər xərclərə (məsələn, yol qovşaqlarının, körpülərin tikintisi) yönəldilib. Ümumilikdə 641 milyon manata yaxın vəsait edir. Bunlar hələ Azərbaycanın ödədiyi puldur. Layihə səhv etmirəmsə, Dünya Bankının Azərbaycan hökuməti ilə birgə layihəsidir.

İndi bu yol dağıdılıb. Çünki bir neçə il idi sürücülər zülm çəkirdilər. Yol yararsız hala düşmüşdü. İndi həmin milyonlar heç nə olmamış kimi dağıdılır və növbət milyonlar hesabına yenidən qurulur”.

Xatırladaq ki, sözügedən yol sabiq nəqliyyat naziri Ziya Məmmədovun dövründə “Akkord” şirkəti təfəfindən çəkilib. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO