Nazirlik qazilərin narazılığına münasibət bildirdi

Nazirlik qazilərin narazılığına münasibət bildirdi

Hazırda oxunan: Nazirlik qazilərin narazılığına münasibət bildirdi

77355

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qazilərin narazılığına münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Vətən müharibəsi iştirakçılarının müraciətlərinə daim xüsusi qayğı və həssaslıqla yanaşılır.

Qeyd olunub ki, bu gün nazirliyə müraciət edən bir qrup müharibə iştirakçısını qurumun rəhbər vəzifəli şəxsləri diqqətlə dinləyib: 

"Onların müraciətləri əlilliyin qiymətləndirilməsi məsələləri ilə bağlı olub. Hər bir müraciət qeydiyyata alınıb və araşdırılaraq nəticəsinə uyğun tədbirlər görüləcək. 

Qəbul zamanı bildirilib ki, Vətən müharibəsində yaralanmış və müalicə müddəti bitmiş hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi üçün aidiyyəti qurumlarla birgə işləri davam etdirilir.

Həmin hərbçilərdən artıq 3 mininə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlər təyin edilib.

Təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaradan hər bir şəxsə müvafiq əlillik dərəcəsi təyin edilir. 
Müraciət edən müharibə iştirakçılarından bəziləri nazirliyin qəbul şöbəsində təhdidedici hərəkətlər edərək, buradakı komputer avadanlıqlarını, giriş qapısını, turniketi sındırıb, dövlət əmlakına ziyan vurublar. Bununla əalqədar da tədbirlər görüləcək”.

Xatırladaq ki, bu gün bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıb. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılılb. Onlar nazirliyin binasına daxil olaraq etirazlarını bildiriblər. İlkin məlumata görə, qazilər əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmamasından, komissiyaya gec çağırılmalarından şikayətçidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO