"Kütləvi informasiya vasitələrində iyunun 2-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən sığınacaqların birində uşaqların zorakılığa məruz qalması faktına dair Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işinin başlanıldığı qeyd edilib".
Bizim.Media xəbər verir ki, bu barədə "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu açıqlama verib.
10.47***
Bakıda uşaqlara aylarla əzab verilən sığınacağın adı məlum olub.
Bizim.Media xəbər verir ki, bu, "Sevgi Evi" qadın və uşaq sığınacağıdır. Sığınacağın təşkilatçısı isə Könül Qasımovadır.
Məsələ ilə bağlı "Report" "Sevgi Evi" qadın və uşaq sığınacağı ilə əlaqə saxlayıb. Özünü sığınacağın rəhbəri kimi təqdim edən qadın bu barədə danışmaq istəmədiyini, hər şeyin qaydasında olduğunu söyləyib.
09.49 ***
Bakıda sığınacaqda uşaqlara xəsarət yetirilib.
Bu barədə Bizim.Media-ya Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilmiş monitorinq zamanı uşaqların bədənlərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılıb.
Məlum olub ki, sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılmış C.M-nın (şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qalıb. Həmçinin, onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib.
O cümlədən, sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkar edilib.
Fakta görə rayon prokurorluğunda cinayət işi başlanılıb.
Hazırda istintaq davam edir.
Bizim.Media