Bakının bu yollarında SIXLIQ VAR - SİYAHI

Bakının bu yollarında SIXLIQ VAR - SİYAHI

Hazırda oxunan: Bakının bu yollarında SIXLIQ VAR - SİYAHI

77295

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Bizim.Media-ya bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Bakı Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;

2. Moskva prospektində - Bakı Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq;

3. Binəqədi şossesində - mərkəz - "Azadlıq prospekti" metrostansiyası istiqamətində Biləcəri - "Baksol" yolu ilə kəsişməyədək sıxlıq;

4. Rövşən Mustafayev küçəsində - 20 Yanvar dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində;

5. Tbilisi prospektində - 20 Yanvar dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə
küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində;

6. Ziya Bünyadov prospektində - Bakı Olimpiya Stadionunun yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində;

7. Abdulvahab Salamzadə küçəsində - Qələbə dairəsindən başlayaraq Ziya Bünyadov prospekti ilə kəsişməyə qədər sıxlıq;

8. Həsən bəy Zərdabi prospekti – Məhəmməd Xiyabani küçəsi ilə kəsişmədən 20 Yanvar dairəsinə qədər sıxlıq;

9. Aeroport şossesi – Yeni Ramana yolu ilə kəsişən hissədən mərkəz istiqamətində Heydər Əliyev prospekti ilə kəsişməyədək sıxlıq;

10. Heydər Əliyev prospektində - "Koroğlu" metrostansiyasının qarşısından 5 saylı Asan Xidmət mərkəzinin qarşısına qədər əsas yolda və "Bağırov" körpüsündən Heydər Əliyev Mərkəzinin yanına qədər kənar yolda;

11. Xətai prospekti – Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər;

12. Yusif Səfərov küçəsində - Xocalı prospekti ilə kəsişməsindən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində;

13. Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsünün üstü sıxlıq;

14. Rəşid Behbudov küçəsinin – Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən, Mərkəzi Bankın qarşısına qədər;

15. 28 May küçəsi – R.Zorge küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq;

16. Dilarə Əliyeva küçəsi - S.Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO