Bakı Zooloji Parkında uşaqlar üçün şənlik keçirildi - FOTO

Bakı Zooloji Parkında uşaqlar üçün şənlik keçirildi - FOTO

Hazırda oxunan: Bakı Zooloji Parkında uşaqlar üçün şənlik keçirildi - FOTO

77279

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yeni Bakı Zooloji Parkında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı ilk tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, “Gələcək uşaqlara məxsusdur” adlı şənliyə şəhid və qazi uşaqları, 11 nömrəli xüsusi təhsil məktəbindən, 2 saylı internat məktəbindən, 1, 2 və 3 saylı uşaq evlərindən ümumilikdə 500-ə yaxın uşaq qoşulub.

Musiqi sədaları ilə müşayiət olunan və gün boyu davam edən şənlik qonaqlarda xoş əhval-ruhiyyə yaradaraq, unudulmaz günlərindən birinə çevrilib.

Zooparkın müxtəlif məntəqələrində qurulan pavilyonlarda ziyarətçilər oyunlara və yarışlara qatılaraq hədiyyələr qazanıblar. Bununla yanaşı, balacalar açıq havada gimnastika və yoqa ilə məşğul olub, üz boyama, köpük şouda iştirak ediblər.
Cizgi film personajlarının iştirakı şənliyi daha da rəngləndirib, qonaqların diqqətini müxtəlif viktorina və maraqlı oyunlara cəlb edib.

Ziyarətçilər öz maraq dairələrinə uyğun seçim edərək, xalça sənəti, keramika, təbii parçalardan oyuncaqların hazırlanması, eko çantaların zoomorf ornamentləri ilə bəzədilməsi, quş yemlərinin hazırlanması kimi müxtəlif ustad dərslərinə qatılıblar.

Eyni zamanda, uşaqların maariflənməsi üçün onlara zooparkın lektoriyasında heyvanların həyat tərzini özündə əks etdirən cizgi filmlər, biologiyası haqqında təqdimatlar nümayiş edilib.

Daha sonra, açıq havada heyvanların xarici quruluşları ilə bağlı geniş məlumat əldə edən kiçik ziyarətçilərə heyvanlarla yaxından təmasda olmaq və onlara qayğı göstərmək şansı verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO