Azərbaycanda 6 yaşa qədər uşaqların yetişdirilməsi düzgün aparılmır - Sosioloqdan TƏKLİF 

Azərbaycanda 6 yaşa qədər uşaqların yetişdirilməsi düzgün aparılmır - Sosioloqdan TƏKLİF 

Hazırda oxunan: Azərbaycanda 6 yaşa qədər uşaqların yetişdirilməsi düzgün aparılmır - Sosioloqdan TƏKLİF 

77232

Uşaqların doğru və düzgün tərbiyə olunması cəmiyyətə faydalı bir fərd kimi yetişməsi hər bir valideynin arzusudur. Bəs uşağı yetişdirdiyi müddətdə valideynlər məhz hansı yaş kateqoriyasına diqqət göstərməlidirlər ki ömür boyu uşaqlarının dalınca qaçmaq məcburiyyətində qalmasınlar.     

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu söyləyib ki, 6 yaşa kimi uşaqların yetişdirilməsi doğru aparılmır.

Ekspertin sözlərinə görə cəmiyyətdəki uşaqların formalaşmasının 6 yaşdan sonraya planlanması doğru deyil. Əksinə, uşaqlar bu yaşa qədər formalaşdırılmalıdırlar: 

“Baxçaların maddi bazasının artırılması və ondan düzgün istifadə vacib şərtdir. Misal üçün deyə bilərəm ki, əgər ailənin uşağı baxçaya qoymaq imkanı yoxdursa, orada işləyən müəllimlərin bir qismi vaxtaşırı olaraq uşaqlara evdə dərs verməlidirlər”.

Ekspert məktəbəqədər uşaqların yetişdirilməsi üçün sitem də təklif edib və bildirib ki, bu mənada Yaponiya təhsil sistemi daha doğrudur:

“1 yaşı tamam olan uşaq qorxunun nə olduğunu bilmir və bizdə isə əksinə olaraq uşaqları qorxutmaqla düzgün tərbiyə verdiklərini düşünürlər. Ona görə də yapon təhsil metoduna ciddi fikir vermək lazımdır. Yaponiya sistemində demək olar ki, uşaqların beşikdən iylərə və rənglərə olan münasibəti formalaşır. 2 yaşından etibarən uşaqların yaradıcı meylləri müəyyən olunmağa başlanılır. Yapon uşağı artıq 6 yaşında cəmiyyətlə təmasa doğru şəkildə hazır olur”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO