Azərbaycanda regionların iqtisadi inkişafı ilə bağlı silsilə layihələr icra edilsə də bəzən yaradılmış inkişaf infrastrukturu qısa zamanda tərk edilir. Bunun çox səbəbi var, amma ən başlıcası layihələrin gələcək perspektivləri ilə bağlı düzgün planın tərtib ediməməsidir.
Təsadüfi deyil ki, mayın 31-də Milli Məclisin növbəti plenar iclasında millət vəkili Elşən Musayev belə bir fikir səsləndirdi:
“Zaqatala aeroportunun bağbanı var, təyyarəsi yoxdur”.
Nəzərə alaq ki, Zaqatala Beynəlxalq hava limanı əsaslı yenidənqurmadan sonra 2017-ci ilin dekabrında rəsmən istismara verilib. Hava limanı adından da göründüyü kimi beynəlxalq əhəmiyyətlidir.
Çox təəssüf ki, ən müasir şəraitdə yenidən qurulan hava limanı indi fəaliyyətsiz qalıb, daha doğrusu tərk edilib.
Hava limanının mövcud durumu ilə bağlı münasibət öyrənmək Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskiyə müraciət etdik.
Lakin Kəsəmənskinin məsələ ilə cavabı çox qısa oldu:
”Bu məsələ ilə bağlı hələlik hər hansı bir açıqlama vermək fikrimiz yoxdur”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:55 / 01.06.2022
Zaqatala aeroportunun fəaliyyətsizliyi ilə bağlı AZAL-dan AÇIQLAMA
Hazırda oxunan: Zaqatala aeroportunun fəaliyyətsizliyi ilə bağlı AZAL-dan AÇIQLAMA
Hazırda oxunan: Zaqatala aeroportunun fəaliyyətsizliyi ilə bağlı AZAL-dan AÇIQLAMA
77221
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.