SDU-da 9 May-Qələbə bayramının  70 illik yubileyi qeyd olunub

SDU-da 9 May-Qələbə bayramının 70 illik yubileyi qeyd olunub

Hazırda oxunan: SDU-da 9 May-Qələbə bayramının 70 illik yubileyi qeyd olunub

77216

SDU-nun mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumata görə, mayın 7-də Sumqayıt Dövlət Universitetində 1941-1945-ci illər müharibəsində qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə faşizm üzərində tarixi qələbə naminə canlarından keçmiş soydaşlarımızın, həmçinin sonrakı illərdə vəfat etmiş müharibə veteranlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin prorektoru, dosent Nizami Namazov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan faşizm üzərində tarixi qələbədə xüsusi fədakarlıq göstərmişdir. Bu şanlı qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə  130-a qədər Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı arxa cəbhədə də əsl şücaət və əzmkarlıq göstərib. İkinci Dünya Müharibəsində qələbənin qazanılmasında Bakı nefti  əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı  Sovet İttifaqının sərf etdiyi neftin, benzinin əksər hissəsi  Azərbaycanın payına düşüb. Berlinin alınması zamanı Almaniya səmasında cövlan edən 7 min hərbi təyyarənin yanacaqla təchizatı Azərbaycan benzini vasitəsi ilə təmin edilib.

Prorektor vurğuladı ki, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib və onlara hərtərəfli qayğı ilə yanaşılıb. Məhz Ulu öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarıldı və  1994-cü ildən başlayaraq Azərbaycanda  Qələbə günü qeyd olunmağa başladı. Ölkəmizdə müharibə veteranlarına dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindən biridir.  Ulu öndərin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin  ağır və çətin sınaqlarından keçmiş veteranların  qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində dövlətimizin başçısının 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin ailə üzvlərinə, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi, bu günlərdə təqdimatı keçirilən Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın  dəstəyi sayəsində Arzu Əliyevanın layihəsi əsasında istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”x9d sənədli filmi tarixi keçmişimizə  verilən ən yüksək dəyərlərdən biridir.

Universitetin qədim dünya və orta əsrlər tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru   Samir Kərimli “1941-1945-ci illər müharibəsi”x9dndə qələbənin təmin olunmasında Azərbaycanın rolu”x9d mövzusunda məruzə ilə çıxış etdi.

Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, əməkdar jurnalist Avtandil Ağbaba və Tədris hissəsinin əməkdaşı, şair-dramaturq Əvəz Mahmud Lələdağ belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq söylədilər ki, İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının qəhrəmanlıq və şücaəti heç vaxt yaddaşlardan silinmir, gənc nəsl üçün əsl vətənpərvərlik nümunəsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO