İcra başçıları dəyişdirilməli, yoxsa icra hakimiyyətləri ləğv olunmalıdır? – Fazil Mustafa AYDINLIQ gətirdi

İcra başçıları dəyişdirilməli, yoxsa icra hakimiyyətləri ləğv olunmalıdır? – Fazil Mustafa AYDINLIQ gətirdi

Hazırda oxunan: İcra başçıları dəyişdirilməli, yoxsa icra hakimiyyətləri ləğv olunmalıdır? – Fazil Mustafa AYDINLIQ gətirdi

77212

Xəbər verdiyimiz kimi, Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa çıxışı zamanı icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib.
“Hansı rayonlarda ki icra başçıları, həbs olunur, vəzifədən uzaqlaşdırılır, həmin rayonlardan şikayətlər də daxil olmur”, - deyə deputat qeyd edib.

Bəs, problemin çözüm yolu nədir, bütün icra başçılarının dəyişdirilməsi, yoxsa icra hakimiyyəti institutunda köklü islahatlar?

Mövzunu Bizim.Media-ya açıqlamasında davam etdirən Fazil Mustafa yaxşı icra başçılarının olduğunu da qeyd edib:

“Ümumi şəkildə icra hakimiyyətləri ilə bağlı problemlər xüsusilə rayonlarda özünü göstərir. Əslində bu, bir çox hallarda insanların yaşamına mane olur. Həbs olunan və ya işdən çıxarılan rayonlara nəzər saldıqda görə bilərsiniz ki, daha sakitçilikdir və sakinlərin şikayətləri nisbətən azalıb”. 

Deputat əlavə edib ki, icra hakimiyyətləri institutuna fərqli yanaşmaya ehtiyac var. 

“Ya səlahiyyət verməlisən ki, iş görsünlər, ya da indi olduğu kimi iş görmə səlahiyyətləri yoxdur və bütün məsuliyyət yüklənib icra hakimlərinin boynuna. Biraz naşı adamlar olanda da idarəetmədə vətəndaşlara xeyli əziyyət verirlər. Problemin kökü məhz burdadır”.

Millət vəkilinin sözlərinə görə, problemin həlli üçün, icra hakimiyyəti strukturunun dəyişdirilməlidir:

“Rayon strukturunun dəyişdirilməsinə və yeni formada yanaşmaya ehtiyac var. Quberniya və yaxud da böyük vilayətdə birləşmək daha məqsədəuyğundur”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO