Gəncədə Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün şənlik keçirildi - FOTO

Gəncədə Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün şənlik keçirildi - FOTO

Hazırda oxunan: Gəncədə Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün şənlik keçirildi - FOTO

77180

Gəncə şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə şəhid övladları, valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil olunub. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbirdə 150-dən çox uşaq iştirak edib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə Uşaq Evi və SOS Uşaq Kəndləri Gəncə filialının sakinlərinin də qatıldığı şənlikdə uşaqlar üçün bayram süfrəsi açılıb, animator və klounlar musiqi sədaları altında balaca dostları əyləndirib, onlar üçün maraqlı oyunlar təşkil edib, əsl bayram əhval-ruhiyyəsi yaşadıblar. 

Tədbirdə iştirak edən fidanlar arasında Fizuli rayonu ərazisində düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlmiş, baş leytenant Rauf Əsgərovun övladları da  var idi. 

Bizim.Media-ya danışan şəhidimizın yadigarı Təqi Əsgərov atası ilə fəxr etdiyini deyib:

“Bu gün də gözüm hər yerdə atamı axtarır. Əsasən də bayramlarda. Mən atamla fəxr edirəm. Bizə bu bayramı yaratdıqları üçün çox sevincliyəm. Allah bütün şəhidlərə rəhmət eləsin. Bu bayram üçün Leyla xanım çox sağ olsun”. 

Digər Gəncə şəhidi Nicat Qasımovun qız övladı Nəzrin də sevinənlər içərisində idi. O da həmyaşıdları kimi bir anlıq o qayğılardan uzaqlaşaraq əsl bayram sevinci yaşayırdı:

“Biz daima dövlətimizin qayğısını hiss edirik. Atam Nicat Qasımov digər şəhidlər kimi Vətən uğrunda vuruşdu və zirvəyə ucaldı. Atamın və digər şəhidlərin ruhu şad olsun deyə yaxşı oxumağa, onlara və Vətənə layiq olmağa söz veririk”.  
 

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycanda valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlara, həmçinin aztəminatlı ailələrin övladlarına qayğı və diqqəti ilə seçilir.


Onun təşəbbüsü ilə sözügedən kateqoriyadan olan uşaqlara daim dəstək göstərilir, müxtəlif yardımlar edilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu



















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO