Şimal bölgəsindən Xəzərə axan EKOLOJİ FƏLAKƏT – Məmurlar problemə niyə BİGANƏDİRLƏR? 

Şimal bölgəsindən Xəzərə axan EKOLOJİ FƏLAKƏT – Məmurlar problemə niyə BİGANƏDİRLƏR? 

Hazırda oxunan: Şimal bölgəsindən Xəzərə axan EKOLOJİ FƏLAKƏT – Məmurlar problemə niyə BİGANƏDİRLƏR? 

77173

Xəzərin şimal sərhədində çayların yataqlarında tonlarla qalaqlanmış məişət tullantılarının sel sularının artması səbəbindən Xəzərə qarışdığı barədə yazmışdıq.

Yaranmış problemi Bizim.Media-ya təqsdiqləyən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı ərazi idarəsinin əməkdaşları qeyd ediblər ki, qurum müntəzəm olaraq Xəzər dənizi sahillərində, çimərlik ərazisində monitorinq aparır, məişət tullantılarının təmizlənməsinə nəzarət etməyən aidiyyatı məsul şəxslər cərimə edilir. 

Xaçmaz rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru Bəxtiyar Haqverdiyev də əməkdaşımızla söhbəti zamanı bildirib ki, rayon ərazisində 16 su mənbəyindən mütamadi olaraq müayinələr götürülərək taun əleyhinə stansiyaya göndərilir. Bu istiqamətdə işlər qış və yay aylarında-ilboyu davam etdirilir.

Amma nəticə qənaətbəxş deyil, yeni çıxış yolları araşdırılmalıdır. Onun sözlərinə görə, bölgədə məişət tullantıları bağlı emal müəssisəsinin yaradılmasına ehtiyac var.

Araşdırmamız zamanı üzə çıxardıq ki, Şimal rayonlarında məişət tullantılarının emal müəssisəsinin tikilməsi gündəmdədir. Bir müddət əvvəl Balaxanıdakı zavodun anoloqunun Şabranda inşa edilməsi plana daxil edilibmiş. Hətta bunun üçün 60 hektara yaxın torpaq sahəsi də ayrılıb. Quba, Qusar, Xaçmaz və digər rayonlarda məişət tullantılarının qəbulu üçün məntəqələrin də tikintisi nəzərdə tutulub. Amma kimlərsə bu layihənin icrasına mane olub.

Şabran İH başçısının müavini Natəvan Mustafayeva isə ona ünvanladığımız suala cavab olaraq bildirib ki, bizim belə bir plandan xəbərimiz yoxdur:

“2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət  proqramında belə bir layihənin nəzərdə tutulmayıb”.

İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz regional bölməsindən isə Bizim.Media-ya verilən məlumata görə, bu məsələ hələ də gündəmdədir:

“Bölgədə məişət tullantıları ilə bağlı emal müəssisəsinin inşası təklifi var. Amma onu hökümət yox, sahibkar eləməlidir. Balaxanıda “Təmiz şəhər” layihəsini də sahibkar inşa edib. Bu təklif gələrsə, sahibkara lazımi köməklik ediləcək”.

Ekoloji fəlakət isə gözləmir, o hər gün addım-addım həyatımızı məhv etməkdə davam edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO