Rafiq İsmayılov Qəşəm Nəcəfzadə ilə dava-dalaşdan bezdi, daha dərslik yazmayacaq – Özündən AÇIQLAMA

Rafiq İsmayılov Qəşəm Nəcəfzadə ilə dava-dalaşdan bezdi, daha dərslik yazmayacaq – Özündən AÇIQLAMA

Hazırda oxunan: Rafiq İsmayılov Qəşəm Nəcəfzadə ilə dava-dalaşdan bezdi, daha dərslik yazmayacaq – Özündən AÇIQLAMA

77146

"Altun-kitab" nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılov yaxın günlərdə işindən ayrılacaq.

Bu barədə Bizim.Media-ya dilçi-alimin özü açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qəşəm Nəcəfzadənin dərslik məsələsi GÜNDƏM OLDU – “Rafiq İsmayılov şerlərimi kitablara salmağa qoymur” 


Onun sözlərinə görə artıq dərsliklə bağlı fəaliyyətdən yorulub:

“Təhsil Nazirliyinin dəvəti ilə yeni nəsil dərsliklər üzərində işləyirəm. Amma yorulmuşam. Çox naşükür, əziyyətli işdir və bəhrəsini də görmürsən. Bir dəfə də bu işimdən kənarlaşmaq istəmişəm. Amma israrla saxlayıblar. Azərbaycan Dövlət Nəşriyyatında çoxlu maraqlı işlər var. İstəyirəm ki, o işlərlə məşğul olum və oranı inkişaf etdirim. Yaxın zamanda dərslik işimdən ayrılacağam”, - deyə Rafiq İsmayılov qeyd edib. 

Qeyd edək ki, Rafiq İsmayılov 2004-cü ildən yeni nəsil dərsliklər üzərində çalışır. O, həmçinin zaman-zaman Azərbaycan dilinin orfoqrafiya lüğətindəki yalnışlıqları ortaya çıxaran dilçi-alim kimi də yadda qalıb.

Ən son isə “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən “hörümçək” sözünün çıxarılaraq “spayder” ifadəsi ilə əvəz edilməsi məsələsini ortaya atmışdı. 

Son günlər isə naşir şair Qəşəm Nəcəfzadə ilə qalmaqallarla gündəm olmuşdu. Qəşəm Nəcəfzadə onu dərslikləri bərbad günə qoymaqda və vəzifəsindən sui-istifadədə ittiham etmişdi.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO