Vyetnamlı məzunlar öz doğma təhsil ocaqlarında...- FOTO

Vyetnamlı məzunlar öz doğma təhsil ocaqlarında...- FOTO

Hazırda oxunan: Vyetnamlı məzunlar öz doğma təhsil ocaqlarında...- FOTO

77145
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə cari ilin 5-8 may tarixində Bakıda keçirilən Vyetnam-Azərbaycan dostluğu forumu çərçivəsində ölkəmizdə təhsil almış vyetnamlı məzunlar Azərbaycan Dövlət Neft Akademiyasında qonaq olublar.
Qonaqları səmimi qarşılayan ADNA-nın rektor əvəzi, professor Vaqif Qurbanov rəhbərlik etdiyi təhsil ocağının 442 vyetnamlı məzunu, 30-dan artıq texnika elmləri namizədi və doktoru olduğu, hazırda isə 29 vyetnamlı tələbənin təhsil aldığı barədə məlumat verib. Keçmiş SSRİ-də Moskvadakı Patris Lumumba adına Xalqlar Dostluğu İnstitutundan sonra Əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsi 1961-ci ildə məhz o vaxtlar Azərbaycan Neft və Kimya İnstitutu adlanan təhsil ocağında yaradılıb və buranı 1992 vyetnamlı gənc bitirərək, təhsillərini Sovet İttifaqının, o cümlədən Azərbaycanın digər ali məktəblərində davam etdiriblər. Beləliklə, Azərbaycan təhsil müəssisələrinin məzunları eyni zamanda ADNA-nın da yetirmələridir. Bu nailiyyətlərinə görə Vyetnam hökuməti Neft Akademiyasını 3 dəfə “Dostluq”x9d ordeni ilə, 2010-cu ildə isə “Əmək”x9d ordeni ilə təltif edib. V.Qurbanov vyetnamlı tələbələrin o zaman və indi də həddən artıq çalışqan, tərbiyəli və vətənpərvər olduqlarını söyləyib.
Görüşün sonunda hər iki tərəf bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
Rəsmi hissədən sonra qonaqlar öz müəllimləri ilə görüşüblər, aldıqları biliklərinə görə onlara öz dərin minnətdarlıqlarını bildiriblər, xatirə şəkilləri çəkdiriblər. 
Hazırda ADNA-da təhsil alan vyetnamlı tələbələrlə görüşən məzunlar həmvətənlilərin təhsili və asudə vaxtlarının təşkili ilə maraqlanıblar, onlara öz tövsiyələrini veriblər.
Nümayəndə heyəti ADNA-nın tarix muzeyindəki ekspozisiyalarla böyük maraqla tanış olduqdan sonra, Azərbaycanla Vyetnam arasındakı münasibətlərdən məmnunluq ifadə edən Fəxri Qonaqlar kitabında qeydlərini ediblər.
Vyetnamlı məzunlar öz doğma təhsil ocaqlarında...- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/5351.jpg">Vyetnamlı məzunlar öz doğma təhsil ocaqlarında...- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/5352.jpg">Vyetnamlı məzunlar öz doğma təhsil ocaqlarında...- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/5353.jpg">Vyetnamlı məzunlar öz doğma təhsil ocaqlarında...- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/5354.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO