Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olundu

Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olundu

Hazırda oxunan: Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olundu

77120

Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olunub. 

Bizim.Media xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. 

Sərəncama əsasən, fizika elmləri doktoru, dosent Sakin Cabarov Ali Attestasiya Komissiyasının sədr müavini təyin edilib. 

“Report”un məlumatına görə, Sakin Həmid oğlu Cabarov 1983-cü il avqustun 30-da Xaçmaz rayonunun Dədəli kəndində anadan olub. 

Bakı Dövlət Universitetini bitirib. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi fizika kafedrasında çalışıb. “Advanced Physical Research” jurnalının baş redaktoru olub. AMEA Radiasiya Problemləri İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO