Bakıda 2 dələduz bacının məhkəməsi başlayır - 11 zərərçəkmiş var

Bakıda 2 dələduz bacının məhkəməsi başlayır - 11 zərərçəkmiş var

Hazırda oxunan: Bakıda 2 dələduz bacının məhkəməsi başlayır - 11 zərərçəkmiş var

77114

Bakıda dələduzluqda təqsirləndirilən Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun məhkəməsi başlayır.

Bizim.Media xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Rasim Sadıxovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, ilkin məlumata görə, A.Əliyeva bacısı İ.Turkut ilə birgə qızıl alveri etmək məqsədilə iki vətəndaşa qarşı dələduzluq edib.

Belə ki, onlar vətəndaşların birindən 200 000, digərindən isə 189 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Eyni zamanda A.Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər daha 9 nəfərə qarşı dələduzluq edib.

Cinayət işi üzrə ümumilikdə 11 zərərçəkmiş var.

A.Əliyeva və İ.Turkuta qarşı Cinayət Məcələssinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO