Şəhid övladları üçün bayram tədbiri təşkil edildi - FOTO

Şəhid övladları üçün bayram tədbiri təşkil edildi - FOTO

Hazırda oxunan: Şəhid övladları üçün bayram tədbiri təşkil edildi - FOTO

77092

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Yaxt klub”da tədbir təşkil edib.

ASCO-dan Bizim.Media-ya bildirilib ki, bayram şənliyi 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin övladları və onların valideynlərinin iştirakı ilə baş tutub.

Tədbirin əvvəlində Azərbaycan  Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi zəfərdən bəhs olunub, şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinə göstərilən diqqət və qayğıdan danışılıb.
Bildirilib ki, şəhid ailələrinin rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir.

Tədbir müxtəlif əyləncəli, rəngarəng kompozisiyalarla davam edib. Uşaqlar üçün əyləncəli və interaktiv oyunlar təşkil edilib. Şəhid fidanları öz istedad və bacarıqlarını nümayiş etdiriblər.

Bayram şənliyinin sonunda uşaqlara ASCO adından hədiyyələr paylanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO