\

\"British Council Azərbaycan\"a yeni direktor təyin olundu: İlk dəfə azərbaycanlı...

Hazırda oxunan: \"British Council Azərbaycan\"a yeni direktor təyin olundu: İlk dəfə azərbaycanlı...

77011

"British Council" Nərgiz Hacıyevanı Azərbaycanda ölkə üzrə direktor vəzifəsinə təyin edib.

Bu barədə Bizim.Media-ya qurumdan məlumat verilib.

Qeyd olunub ki, N.Hacıyeva mayın 16-dan vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, Nərgiz Hacıyeva 2014-cü ildən "British Council"da çalışır. O, "British Council"ın Azərbaycandakı komandanı idarə etmək üçün təyin etdiyi ilk azərbaycanlı ölkə direktorudur.

Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat olan "British Council" 1934-cü ildə təsis edilib. Birləşmiş Krallığın Kral Xartiyası əsasında fəaliyyət göstərən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumudur. 
Birləşmiş Krallıq hökumətindən 14.5% əsas maliyyələşdirmə qrantı alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO