Bakıda polis əməliyyat keçirdi: 117 nəfər tutuldu - VİDEO

Bakıda polis əməliyyat keçirdi: 117 nəfər tutuldu - VİDEO

Hazırda oxunan: Bakıda polis əməliyyat keçirdi: 117 nəfər tutuldu - VİDEO

76993

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 98 nəfər saxlanılıb.

Bu barədə Bizim.Media-ya DİN-dən məlumat verilib. Xəbərə görə, aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. 

Saxlanılan şəxslərdən 64-ü barəsində məhkəmə tərəfindən həbs, 34-ü haqqında isə polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib. Onlardan ümumilikdə 27 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. 

Qeyd edilən dövr ərzində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Bakıxanov, Maştağa, Balaxanı, Zabrat və digər ərazilərdə yerləşən evlərdən, mağazalardan, ödəmə terminallarından silsilə oğurluqlar edən əlavə 19 nəfər saxlanılıb.
Bu şəxslərin həmin ərazilərdə yerləşən 50-ə yaxın evdən, eləcə də obyektdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları müəyyən edilib. 

Faktların hər biri ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO