Siqaretə görə hər il 600 milyon ağac kəsilir - ÜST-dən həyəcan TƏBİLİ

Siqaretə görə hər il 600 milyon ağac kəsilir - ÜST-dən həyəcan TƏBİLİ

Hazırda oxunan: Siqaretə görə hər il 600 milyon ağac kəsilir - ÜST-dən həyəcan TƏBİLİ

76989

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələri insan sağlamlığına və ətraf mühitə dəyən ziyana görə tütün sənayesindən kompensasiya axtarmağa çağırıb. 

“Tütün hər il 8 milyondan çox insanın ölümünə səbəb olur, 84 milyon ton karbon qazı atmosferə atılır. İstifadə edilən siqaretlərin 4,5 trilyon filtri ətraf mühiti çirkləndirir”.

Bizim.Media xəbər verir ki, bu məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının bu gün Cenevrədə dərc olunan hesabatında yer alıb.

“Tütün: planetimizin zəhərlənməsi” adlı hesabatın dərci ÜST tərəfindən mayın 31-də qeyd olunan Ümumdünya Tütünsüz Gününə təsadüf edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Ağciyərləri siqaret tüstüsündən necə qorumalı? – 4 möcüzəvi QİDA 


Verilən məlumatlara görə, “tütün sənayesinin dünya üçün dəyəri hər il 8 milyondan çox insanın həyatı, 600 milyon ağacın kəsilməsi, 200 min hektar torpaq və 22 milyard ton su istifadə etməklə ölçülür”. 

Hesabat müəllifləri xatırladırlar ki, tütünçülük əsasən adambaşına düşən aşağı və orta gəlirli ölkələrdə geniş yayılıb ki, bu ölkələrdə “su və əkin sahələri çox vaxt ərzaq istehsalı üçün zəruridir. Buna baxmayaraq, tütün yetişdirmək üçün getdikcə daha çox ərazi meşələrdən təmizlənir".

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO