SİRKƏ TURŞUSU içən jurnalist Nəsimi Şərəfxanlı xəstəxanadan evə buraxıldı

SİRKƏ TURŞUSU içən jurnalist Nəsimi Şərəfxanlı xəstəxanadan evə buraxıldı

Hazırda oxunan: SİRKƏ TURŞUSU içən jurnalist Nəsimi Şərəfxanlı xəstəxanadan evə buraxıldı

76978

Sirkə turşusundan zəhərlənərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən jurnalist Nəsimi Şərəfxanlı bu gün evə buraxılıb.  

Bizim.Media xəbər verir ki, bu fikirləri 1 saylı Kliniki Tibbi Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Hidayətoğlu Facebook səhifəsində yazıb.

O, N.Şərəfxanlının may ayının 14-də təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə Mərkəzə gətirildiyini xatırladıb:
 

“Həkimlərin səyi ilə kritik durumda olan jurnalistin həyatını xilas etmək mümkün olub. Bundan sonra onun vəziyyətinin daha da yaxşılaşması üçün Mərkəzdə müalicəsi davam etdirilib və artıq  səhhəti ilə bağlı hər hansı təhlükə qalmadığına görə evə buraxılmasına qərar verilib”.
 

Qeyd edək ki, Şərəfxanlı "Cumhuriyyet.az" saytının rəhbəri, 44 günlük Vətən müharibəsi iştirakçısı və ehtiyatda olan zabitdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO