Nəcməddin Sadıkovun həbs olunan “sağ əli”lə bağlı yeni DETALLAR 

Nəcməddin Sadıkovun həbs olunan “sağ əli”lə bağlı yeni DETALLAR 

Hazırda oxunan: Nəcməddin Sadıkovun həbs olunan “sağ əli”lə bağlı yeni DETALLAR 

76932

Bir neçə gün öncə həbs edilən Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev barəsində yeni məlumatlar bəlli olub.  

Bizim.Media xəbər verir ki, hazırki mərhələdə iş üzrə 17 nəfər zərərçəkmiş şəxs kimi tanınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Nəcməddin Sadıkovun sağ əli həbs olundu - ÖZƏL 


Məlum olub ki, Z.Niftəliyev MN-in vəzifəli şəxsləri ilə əlbir olaraq həm müddətli hərbi qulluqçuların, həm də zabit-gizir heyətinə daxil olan hərbi qulluqçuların xidməti yerlərinin pul müqabilində dəyişdirilməsini təmin edib.  

Qadın hərbi qulluqçuların isə qanunsuz yolla xidmətə qəbul edilmələrini təşkil edib. Onun qanunsuz sahibkarlıqla da məşğul olduğu bildirilir.  

Həmçinin bildirilir ki, Z.Niftəliyevin qanunsuz əməllərindən ziyan çəkmiş şəxslərin dairəsi genişlənməkdədir.  

Hazırda Z.Niftəliyev dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmədə ittiham (Cinayət Məcəlləsi, maddə 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2) olunur.  

Lakin ibtidai istintaqın gedişində onun barəsindəki ittihamın daha ağır maddələrə tövsif olunma ehtimalı var. Qeyd edək ki, Z.Niftəliyev Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı, “sağ əli” hesab olunurdu.  


O, “Şlyapa Zahid” ləqəbi ilə tanınıb.  

Xatırladaq ki, bununla bağlı ilk xəbəri Bizim.Media saytı yayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO