Bakı-Quba yolunda dəhşətli qəza: Nişanlı oğlan öldü - FOTO

Bakı-Quba yolunda dəhşətli qəza: Nişanlı oğlan öldü - FOTO

Hazırda oxunan: Bakı-Quba yolunda dəhşətli qəza: Nişanlı oğlan öldü - FOTO

76886

Bakı-Quba yolunun 68-ci km-də, Xızı rayonunun Meşədihəsənli kəndindən keçən hissəsində ölümlə nəticələnən qəza baş verib.

Bizim.Media xəbər verir ki, Xızının Altıağac kənd sakini, 27 yaşlı İbrahim Aslan oğlu Həsənov idarə etdiyi "Tufan" markalı motosikletlə Quba istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn Bakı sakini, 62 yaşlı Alimbəy Səydullayevin idarə etdiyi "Mitsubishi Pikap"la toqquşub.

Motosikleti idarə edən 27 yaşlı gənc aldığı xəsarətlərdən yerindəcə keçinib. Onun yenicə nişanlandığı, hətta oğlan toyu etdiyi, amma gəlini gətirmədiyi deyilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb. Qəzanın başvermə səbəbləri araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO