Xaçmazda avtomobil dərəyə aşdı - YARALILAR VAR

Xaçmazda avtomobil dərəyə aşdı - YARALILAR VAR

Hazırda oxunan: Xaçmazda avtomobil dərəyə aşdı - YARALILAR VAR

76881

Axşam saatlarında Xaçmaz rayon mərkəzi xəstəxanasına 3 yaralı gətirilib.

Xəstəxananın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Rəhimə Şirinovanın Bizim.Media-ya verdiyi məlumata görə, 18 yaşlı Seyfulla Tərlan oğlu Laçınov və Davud İlham oğlu Tarverdiyev müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Onların "VAZ-2107" markalı avtomobilllə Xaçmaz-Xudat yolunun Nağıoba kəndinə gedən hissəsində qəzaya uğradıqları, avtomobilin dərəyə aşması nəticəsində xəsarət aldıqları deyilir.

Digər yaralı, 37 yaşlı Sərxan Sahiboviç Məmmədovun isə Çarxı kəndində  idarə etdiyi motosikletin yoldakı arakəsməyə çırpılması nəticəsində xəsarət aldığı deyilir.

Hər üç yaralının vəziyyəti orta ağırdır.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO