Buraxılış imtahanlarından eyni bal toplayan qardaşlar Bizim.Media-ya danışdılar - FOTO

Buraxılış imtahanlarından eyni bal toplayan qardaşlar Bizim.Media-ya danışdılar - FOTO

Hazırda oxunan: Buraxılış imtahanlarından eyni bal toplayan qardaşlar Bizim.Media-ya danışdılar - FOTO

76841

Qubada iki məktəbli qardaşın -Əli və Əfqan Vahabovların buraxılış imtahanlarında eyni balı toplaması hamının marağına səbəb olub. Sosial şəbəkələrdə qardaşların bu uğurlu təsadüfü günün əsas trendinə çevrilib.

Bu il qardaşların böyüyü Əli on birinci sinfi, Əfqan isə doqquzuncu sinfi bitirib və hər ikisi buraxılış imtahanlarından eyni həcimdə, 277 bal toplayıb.

Bizim.Media-nın əməkdaşı Quba şəhər Azad Məmmədov adına 2 saylı təbiət fənləri məktəb-liseyin şagirdləri olan qardaşları tapıb onların ürək sözlərini dinləyib:

“Biz bunu təsadüf adlandırırıq, uğurlu təsadüf. Maraq dairəsinə düşməsi isə təbii ki, bizi sevindirir”, - deyə Əfqan cavab verib.

Əlinin də düşüncələri eynidir. Bildirir ki, “bu bir təsadüfdür, amma çox gözəl təsadüfdür. Əvvəl mənim nəticələrim çıxdı, sonra isə Əfqanın nəticələri elan olundu. Tutuşdurub xeyli sevindik".

Əli indi iyunun 5-də verəcək 4 cü qrup üzrə qəbul imtahanına ciddi hazırlaşır. Gələcəkdə həkim olmaq arzusundadır.

Quba şəhər Azad Məmmədov adına 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyin direktoru Eynulla Camalov da qardaşların uğuruna sevinir.

Deyir ki,"bizi də çox maraqlandırdı, Əli də, Əfqan da buraxılış imtahanında eyni bal topladılar. Özün qəsd edib istəsən, belə alınmazdı. Maraqlı təsadüfdür".

Eynulla Camalov Əli və Əfqan Vahabov qardaşlarının sadə, zəhmətkeş ailənin övladları olduğunu qeyd etdi. Əlinin qarşıdakı qəbul imtahanında da uğur qazanacağına inandığını bildirdi.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO