Azərbaycanda oğul ATA QATİLİ oldu

Azərbaycanda oğul ATA QATİLİ oldu

Hazırda oxunan: Azərbaycanda oğul ATA QATİLİ oldu

76803

Bərdə rayon Polis Şöbəsinə mayın 29-da saat 23 radələrində Mirzəcəfərli kəndində Bulud Fərzəliyevin öldürülməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla B.Fərzəliyevi oğlu, əvvəllər məhkum olunmuş Kənan Fərzəliyevin sərxoş vəziyyətdə münaqişə zəminində yaşadığı evin həyətində tüfəngdən açdığı atəşlə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində K.Fərzəliyev tutularaq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi “İJ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO