Uzun müddət komada qaldıqdan sonra vəfat edən qazı, Yaqub Abdulla oğlu Qəhrəmanlı Tərtərdə dəfn edilib. İnsan izdihamı yaşanan dəfn mərasimində şəhid ailələri, qazilər, Tərtər rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dəfn mərasimində qazının silahdaşları ilə yanaşı rayon icra hakimiyyətinin başçısı da iştirak edib.
Rayon rəhbəri şəhidlərin əziz xatirəsinin hər zaman müqəddəs olduğunu dilə gətirib, ailəyə dərin hüznlə baş sağlığı verib. Sonra dövlət bayrağı Yaqubun atası Abdulla kişiyə təqdim edilib.
Qeyd etdiyimiz kimi dəfn mərasimi rayonun Dəmirçilər kənd qəbiristanlığında keçirilib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
![Türkiyədə vəfat edən qazimiz dəfn edildi - FOTO Türkiyədə vəfat edən qazimiz dəfn edildi - FOTO](https://bizim.media/file/articles/2022/05/29/1653844423_photo5233194471246643092.jpg)
- A-
- A
- A+
Cəmiyyət
21:11 / 29.05.2022
Türkiyədə vəfat edən qazimiz dəfn edildi - FOTO
Hazırda oxunan: Türkiyədə vəfat edən qazimiz dəfn edildi - FOTO
Hazırda oxunan: Türkiyədə vəfat edən qazimiz dəfn edildi - FOTO
76759
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.