“Kaş həkimlər onun qulağına deyə ki, hər şey yaxşı olacaq” – Dilavər Əzimlinin həyat yoldaşı

“Kaş həkimlər onun qulağına deyə ki, hər şey yaxşı olacaq” – Dilavər Əzimlinin həyat yoldaşı

Hazırda oxunan: “Kaş həkimlər onun qulağına deyə ki, hər şey yaxşı olacaq” – Dilavər Əzimlinin həyat yoldaşı

7674

“Məncə həkimlər onu qulağına pıçıldasa ki, qorxmasın, hər şey yaxşı olacaq, ailən sənin yanındadır. Onda onun bədəninin müqaviməti  artacaq”.

Bunu Bizim.Media-ya koronavirusa yoluxan tarixçi-alim Dilavər Əzimlinin həyat yoldaşı, tanınmış jurnalist Arzu Qazıyeva söyləyib.

“Əllərim duadadır ki, o bu vəziyyətdən çıxsın. Dilavər evdə müalicə olunmadı. İki gün qızdırması oldu. Sonra müayinə olundu. Biz onu  Kopmpüter Tomaqrafiya Müayinəsi (KT) etdirdik. Ciyərlərində 20 faiz buzlaşma aşkarlandı. İndi də axşamdan onun reanimasiya şöbəsinə alıblar. Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasında müalicə alır. Nazirlik səviyəsində ona həkim nəzarəti var. Bizim bir ümid yerimiz vardır ki, onun başqa xroniki xəstəliyi yox idi".

"Lakin mən belə düşünürəm ki, həyəcan və qorxudan onun şəkəri qalxıb ki, vəziyyəti kiritikləşib, reanimasiyaya alıblar. Dünəndən süni tənəffüs aparatına qoşulub. Kaş həkimlər onun qulağına deyə ki, hər şey yaxşı olacaq, biz onunlayıq. Bilirsiniz beyinə hansı sinqal gedirsə, bədəndə ona o cür müqavimət göstərir”,- deyə S.Qazıyeva əlavə edib.

Xatırladaq ki, tarixçi-alim, Bütöv Azərbaycan Ocaqlarının təmsilçisi Dilavər Əzimli bir neçə gün öncə koronavirusa yoluxub. D.Əzimli 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışır. Tarix üzrə fəlsəfə doktoru, "SİEPO"-nun üzvü, "Dünya Uyğarlığı içərisində Türk uyğarlığı" beynəlxalq türk qurumunun İdarə Heyətinin Azərbaycan təmsilçisi, "Bütöv Azərbaycan Ocaqları" Mərkəzi Şurasının üzvüdür.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO