Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu BU TARİXDƏ yekunlaşır - FOTO 

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu BU TARİXDƏ yekunlaşır - FOTO 

Hazırda oxunan: Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu BU TARİXDƏ yekunlaşır - FOTO 

76601

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolunda ümumi uzunluğu 6 km olan üç ədəd tunel inşa ediləcək.  

Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin layihələndirmə üzrə mühəndisi Əyyub Hüseynov bildirib.  

O, həmçinin sözü gedən yolun inşası ilə də bağlı ətraflı məlumat verib:  

"Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2021-ci ilin  oktyabrın 26-da təməli qoyulan Əhmədbəyli-Horadiz-Mincivan -Ağbənd yolunun tikintisi sürətlə davam edir. Yolun ümumi uzunluğu 123'6 km olmaqla, birinci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yolun ilk 77 km-i altı zolaqlı olmaqla inşa ediləcək. Digər 44,6km isə dördzolaqlı inşa olunacaq. Buna uyğun olaraq torpaq yatağının 21,5 m və 29,5 m olacaq”.  

Ə.Hüseynov sonra qeyd edib ki, ümumilikdə yol oxu boyu 415 ədəd süni qurğuların tikintisi nəzərdə tutulub. Süni qurğulardan 135 ədədi tamamlanıb:  

“Yol oxu boyu 20 ədəd körpünün inşası nəzərdə tutulub. Bunlardan 6 ədədi yol qovşağı olacaq. Hazırda 17 ədəd körpü tikinti işləri davam edir. Bütövlükdə yolun 110 km hissəsində torpaq yatağının inşası davam edir. Demək olar ki, 35 milyon kubmetr torpaq yatağından 78% -i tamamlanıb. 25 milyon dolğu işlərinin isə 39-% i tamamlanıb. Yolun tamamlanması 2023-cü ilin sonuna nəzərdə tutulub”.  

Qurum rəsmisi onu da bildirib ki, hazırda yol yatağının tikintisinə başlanılıb:  

“Tezliklə asfalt işlərinə başlanılacaq. Yol oxunun sərt relyefdən keçən hissəsində uzunluğu 6 km olan 3 ədəd tunelin inşası nəzərdə tutulub. Tunellərin inşası hazırda davam edir. Tikinti işləri üç növbəli iş rejimində aparılır". 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO