Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Rayonun Sabirkənd kənd sakini Nəriman Məmmədovun özünəməxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanadan yetişdirdiyi narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Oradan 16 ədəd ümumi çəkisi 5 kq 800 qram olan narkotik çətənə kolları və yardımçı tikilidən isə qurudulmaq üçün saxlanılan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını fevral ayında satış məqsədi ilə əkdiyini etiraf edib.
Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:12 / 28.05.2022
Şəmkirdə əməliyyat: 6 kiloqram narkotiklə yaxalandı - FOTO
Hazırda oxunan: Şəmkirdə əməliyyat: 6 kiloqram narkotiklə yaxalandı - FOTO
Hazırda oxunan: Şəmkirdə əməliyyat: 6 kiloqram narkotiklə yaxalandı - FOTO
76590
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.